Accessibility links

Rusiya xarici işlər naziri Misirdə səfərdədir


Rusiya Xarici işlər naziri Sergey Lavrov bildirib ki, onun ölkəsi Misirdə vəziyyətin sabitliyə qayıtmasından faydalana bilər. Sergey Lavrov bu açıqlamanı Rusiyanın müdafiə naziri ilə birlikdə Qahirəyə səfəri zamanı verib.

Rusiya rəsmilərinin Qahirədə misirli həmkarları ilə görüşü Misir və onun uzun müddətdir müttəfiqi olan ABŞ arasında gərginliyin yarandığı bir vaxta təsadüf edir. Keçən ay ölkədə siyasi zorakılığa cavab olaraq, Birləşmiş Ştatlar Misirə yüz miliyonlarla dollar məbləğində hərbi yardımını dondurub.

Misir ordusu demokratik yolla seçilmiş prezident Məhəmməd Mursini iyul ayında devirdikdən sonra onun tərəfdarlarına qarşı təqiblərə başlayıb. Zorakılıqlar nəticəsində yüzlərlə insan həyatını itirib. Keçid hökümət inəzarəti ələ ala bilmək üçün ölkədə üç ay fövqaladə vəziyyət elan etmişdi.

Hərbi hökümət gələn il parlament və prezident seçkiləri keçirilməsi üçün keçid plan üzərində işləyir.

Cənab Mursi yanvar ayının 8-ə təyin olunmuş məhkəməyə qədər həbsxanada saxlanacaq. O, dekabr ayında prezident iqamətgahı ətrafında baş vermiş zorakılıqlara görə ittiham olunur.

Həbsxanadan verdiyi bəyənatda o bildirib ki, onu səlahiyyətləri bərpa olunmayanadək Misirdə sabitlik olmayacaq.
XS
SM
MD
LG