Accessibility links

Rusiyanın dövlət aviasiya agentliyi Misir təyyarələrinin Rusiyaya uçmasına qadağa tətbiq edib. Buna ötən ay Sinay yarımadasından havaya qalxan Rusiya təyyarəsinə bomba yerləşdirildiyinə dair şayiələr səbəb ola bilər.

Rosaviatsiya bildirib ki, Moskvanın təyyarələrin endiyi Domodedovo hava limanına Misir təyyarələrinin uçmasına qadağa şənbə günündən etibarən qüvvəyə minir.

Aviasiya agentliyi qadağanın səbəblərinə aydınlıq gətirməyib.

Bu ölçü Rusiya prezidenti Vladimir Putinin oktyabr ayının 31-də Rusiya təyyarəsində 224 nəfərin ölümü ilə nəticələnən faciədən sonra Rusiyanın Misirə bütün uçuşlarının dayandırılması göstərişindən sonra əl atılır.

Xarici kəşfiyyat orqanları qəzaya bombanın səbəb olduğunu bildiriblər. Rusiyanın baş naziri Dmitri Medvedev, ABŞ prezidenti Barak Obama və Britaniyanın baş naziri Devid Kameron hadisəni terror aksiyası kimi qiymətləndirib.

Təyyarənin partladılmasının məsuliyyətini İslam Dövləti ilə əlaqəsi olan yaraqlılar üzərinə götürüb. Onlar bunun Rusiyanın Suriyadakı hava əməliyyatlarının qisası olduğunu bildirib.

Misirin istintaq heyəti qəzanın səbəblərinə dair dəqiq nətəcələr əldə edilmədiyini deyir.

XS
SM
MD
LG