Accessibility links

Rusiya məhkəməsi 30 Greenpeace üzvünün istintaq yekunlaşana qədər 2 ay həbsdə saxlanmasına qərar verib.

Murmansk şəhər məhkəməsi Arctic Sunrise adlanan Greenpeace gəmisinin kapitanı, ABŞ vətəndaşı Pete Vilkoksu və ekipaj üzvlərini Rusiya daxil olmaqla, digər 10 ölkədən olan fəallar və bir rusiyalı fotoqrafın zaminə buraxılmasını rədd edib.

Keçən həftə qrup üzvüləri Rusiyanın Arktikada yerləşən etiraz əlaməti olaraq neftçıxarma platformasına çıxmağa cəhd göstərdikləri vaxt həbs olunmuşdu. Dəniz quldurluğunda təqsirli bilindikləri halda onları 15 ilədək həbs cəzası gözləyir.
XS
SM
MD
LG