Accessibility links

Rusiya siyasi fəalları həbsdə saxladı


Rusiya Məhkəməsi Ukraynadan oğurlanaraq dövlət çevrilişinə cəhd etməyi təzyiq altında etiraf etdiyini bildirən müxalif fəalının həbs qərarını qüvvədə saxlayıb.

Leonid Razvojjayevin vəkilinin məhkəmənin aşağı instansiyasının prosesə baxılana qədər həbsdə saxlamaq qərarına qarşı çərşənbə günü Moskva şəhər məhkəməsində qaldırdığı şikayət ərizəsini appelyasiya məhkəməsi təmin etməyib.

Razvojjayev ona qarşı qaldırılmış cinayət işinin siyasi “təxribat” olduğunu deyir.

Razvojjayev sığınacaq almaq istədiyi Ukrayna dövlətindən maskalı adamlar tərəfindən oktyabr ayının sonlarında oğurlandığını deyir. O, Rusiya ilə sərhəddə götürülərək bir neçə gün binada saxlanıldığını bildirib. Orada Rusiya prezidenti Vladimir Putinə qarşı kütləvi iğtişaşlar hazırlamasını etiraf etməsi üçün işgəncələrə məruz qaldığını deyib.

Oxşar iş üzrə , Rusiyanın digər bölgə məhkəməsi narkotik vasitələrin qanunsuz daşınmasına görə səkkiz il müddətinə həbs edilən Putin əleyhdarı Taisiya Osipovanın appelyasiya şikayəti məhkəmə tərəfindən təmin olunmayıb.

Osipova millətçi müxalifət partiyası “Druqaya Rossiya”nın lideri Sergey Fomçenkovun həyat yoldaşıdır.

Polis xüsusi əməliyyat zamanı onun evindən narkotik maddələr tapıldığını bildirib. Tərafdarları onun saxta ittihamlar əsasında həbs edildiyini bildirir.
XS
SM
MD
LG