Accessibility links

Rusiya müxalifəti Kremlin kəskin cərimə planına etiraz edir

  • Amerikanın səsi

Rusiyada polis ölkə parlamentinin qarşısında icazəsiz mitinqdə iştiraka görə cərimənin kəskin artırılmasına etiraz edən 20 adamı saxlayıb.

Hakim Vahid Rusiya partiyası tərəfindən parlamentə təqdim olunan qanun layihəsi icazəsiz mitinqdə iştirak etmək üçün cəzanı 30 dollardan 9,000 dollara qaldırmağı nəzərdə tutur. İlk öncə partiya bu cəriməni $31,000 etməyi planlaşdırırdı.

Kremlin nəzarət etdiyi parlament qanuna düzəlişlər üzərində bu həftə müzakirələr aparıb və qurumun qanunu tezliklə təsdiq edəcəyi gözlənilir. Müxalifət qanunvericiləri ölçünü yubatmaq məqsədilə 350-dən çox düzəliş irəli sürüblər.

Tənqidçilər deyirlər ki, bu qanun rus cəmiyyətində gərginlikləri artıracaq və etiraz aksiyaları keçirməyi xeyli çətinləşdirəcək.

XS
SM
MD
LG