Accessibility links

Rusiya müxalifəti Vladimir Putinin “oğurladığı prezidentlik” əleyhinə dinc nümayişlərin davam etdiriləcəyinə vəd verib


Rusiyanın müxalifət lideri Aleksey Navalnıy Vladimir Putinin “oğurladığı prezidentlik” əleyhinə dinc nümayişlərin davam etdiriləcəyinə vəd verib. Navalnıy bildirib ki, on minlərlə insan Rusiya şəhərlərində aksiyaları tələbləri qarşılananadək davam etdirəcək.

Dünən Moskvada keçirilən nümayiş zamanı Navalnıq və onun yüzdən artıq tərəfdarı həbs və az sonra azad edilmişdi. Aksiya iştirakçıları “Putinsiz Rusiya” və “Qüdrət polisə deyil, milyonlara” kimi şüarlar sələndirib.

Eyni zamanda Putin tərfdarları Kreml qarşısında əllərində Rusiya bayraqları ilə aksiya keçirib.

Vladimir Putin bazar günü seçkilərində səslərin böyük əksəriyyətini əldə etməklə qələbə çalıb. Avropalı müşahidəçilər seçkilərin Putinin xeyrinə təhrif edildiyini bildirib.

XS
SM
MD
LG