Accessibility links

Ukrayna münaqişəsinə hərbi müdaxiləsini inkar edən Rusiya hazırda imic müharibəsi ilə üzləşib. Belə ki, BMT Rusiyanı nasizm və irqçilikdə ittiham edir.

Təqribən on ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının insan hüquqlarının vəziyyəti ilə məşğul olan komitəsi hər il Rusiyanı irqçiliyin hər bir forması, ksenofobiya və qeyri-tolerantlıqda günahlandıran qətnamələr qəbul edir.

İcbari olmayan qətnamələr 115 ölkənin geniş dəstəyini əldə edir. Baxmayaraq ki, ABŞ və Kanada ənənəvi olaraq onlara mənfi səs verir, Avropa İttifaqı isə bitərəf mövqe tutur.

Rusiya diplomatları və xəbər agentlikləri Ukraynanın da ABŞ və Kanadaya qoşularaq qətnaməyə mənfi səs verdiyini və 55 ölkənin bitərəf qaldığını bildirib.

Russia Today veb səhifəsi Ukraynanın neo-nasizminin Avropaya yayılacağı barədə xəbərdarlıq verib. Itar-Tass səsvermədə iştirak etməyən 3 ölkəni beynəlxalq mediaya sıfır diqqət yetirməkdə günahlandırıb.

Nyu-Yorkun beynəlxalq əlaqələr institutunun professoru Nina Xruşova Moskvanın illik qətnamələrdən onun beynəlxalq müstəvidə mövqeyini möhkəmləndirəcək bir daxili təbliğat kimi istifadə etdiyini deyir.

“Onları imecləri tamamilə maraqlandırmır. Qətnamələr Rusiyanın imecini yaxşılaşdıra bilməz. Nasizmdə kimisə günahlandırmaq olar. Amma baxır nə kimi nasizmdə və harada.”

Rusiya Ukraynanın Sağ Sektor və Ukrayna Xalqının Özünü Müdafiə qruplarını neo-nasist təşkilatlar siyahısına salıb.

Qətnamələri rədd edən ABŞ isə ifadə və toplaşma azadlığını məhdudlaşdıracaq ifadələrə görə qəbul etmir. ABŞ nümayəndəsi Terri Robl bildirir ki, Rusiya hökuməti Ukrayna münaqişəsində hökumətə qarşı bu terminlərdən istifadə edir.

Ukrayna nümayəndəsi isə hökumətinin Rusiya Federasiyasının özünü nasizmlə mübarizə qəhrəmanı kimi nümayiş etdirməklə Ukraynaya qarşı cinayətlərə əl atdığını deyir. O həm də Ukraynanın Hitler və Stalini eyni dərəcədə beynəlxalq cinayətkar hesab etdiyini bildirib.

Avropa İttifaqı üzvlərinin nasizm və irqçiliyin əleyhinə, lakin qətnamələrin ifadə və toplaşma azadlığına görə kəskin olduğunu bildirir.

Bu il qurum üzvlərinin Rusiyanı neo-nasizm müharibəsi aparmaqla suveren bir ölkənin bir hissəsini ilhaq etdiyinə dair narahatlığını ifadə edib.

Nina Xruşova problemin qətnamələrlə bağlı olmadığını, problemin Rusiyanın bu qətnamələrdən öz siyasi mənfəəti üçün istifadə etməsində olduğunu bildirir.

Rusiyanın xarici şlər nazirliyi qətnaməyə mənfi səs verənlər və bitərəf qalanlara görə təəssüf hissi keçirdiyini bəyan edib.

XS
SM
MD
LG