Accessibility links

Rusiya neftini baha satmaqla büdcəsindəki defisiti aradan qaldıra bilər

  • Nərminə Cəlalqızı

Rusiya neftini baha satmaqla büdcəsindəki defisiti aradan qaldıra bilər

Rusiya neftini baha satmaqla büdcəsindəki defisiti aradan qaldıra bilər

Bü gün dünyadakı enerji durumundan danışanda yalnız Rusiyanın qalib mövqedə dayandığını görürük

Dünyada təbii fəlakətlərin baş alıb getdiyi bir vaxt Rusiya neftini baha satmaqla 2011-ci ildə büdcəsindəki defisiti aradan qaldıra bilər. Liviya neftini ixrac edə bilmir, İran körfəzindəki siyasi durum regionu çıxılmaz vəziyyətə salıb, Almaniya və Yaponiyada nüvə reaktorlarının dörddə biri bağlanıb.

Bü gün dünyadakı enerji durumundan danışanda yalnız Rusiyanın qalib mövqeyində dayandığını görürük. Rusiya dünya boyu ən böyük enerji istehsalçılarından biridir və enerjisinin 11 faizini ixrac edir. Moskvanın Ali İqtisad İnstitutundan Leonid Qriqoryev enerji iqtisadiyyatı üzərində araşdırmalar aparır. Cənab Qriqoryev deyir ki, bu, nəhəng miqdarda enerjidir və Rusiyanın qlobal ümumdaxili məhsulundakı payından beş dəfə çoxdur.

Bu il neftin bir bareli orta hesabla yüz dollardan çoxdur ki, bu da bu il Rusiya büdcəsinidəki çatışmazlığın aradan qaldırılması deməkdir. Kreml üçün bu vaxtında, seçkiqabağı insanların maaşlarının, pensiyaçılarının artırılmalı olduğu bir vaxt baş verir. Bu yaxınlarda prezident Dmitri Medvedev gələn ilin yanvar ayından, seçkilərə cəmi 10 həftə qalanda hərbçilərin maaşının üç dəfə artırlılacağını bəyan etmişdi.

Qaz və neft Rusiya büdcəsinə 40 faiz gəlir gətirir. Bir dəfə bir barel neftin qiyməti 27 dollar qalxdı və hər dolların 90 senti Rusiyanın Maliyyə Nazirliyinə çatdı.

Bu gün xarici valyuta ehtiyatları həftədə yüz milyon dollar artır. Lakin mart ayının sonu üçün Rusiyanın maliyyə ehtiyatı yüz milyarda çatacaq ki, bu da Çindən və Yaponiyadan sonra onun üçüncü yerdə olması deməkdir.

İqtisadçılar 2008-ci illə - iqtisadiyyatın tənəzzülün ən yüksək həddə olduğu vaxtla müqayisədə Rusiyada 2011-ci ildə iqtisadiyyatın 5 faiz artdığını deyirlər. Təhlilçilərin dediklərinə görə, Rusiya Yaponiyanın nüvə böhranından öz rifahı üçün yararlanacaq, çünki son böhran dünyanı nüvə enerjisi əvəzinə təbii qazdan istifadə etməyə şövq edə bilər.

XS
SM
MD
LG