Accessibility links

Rusiya təhlükəsizlik qüvvələri keçən ay Volqoqradda 34 nəfərin ölümü ilə nəticələnən bomba hücumunun məsuliyyətini öz üzərinə götürən islamçı yaraqlı qrupun yaydığı videonu araşdırır. Videoda Soçidə keçiriləcək Olimpiya Oyunlarında hücumlar həyata keçirəcəyi barədə xəbərdarlıq yer alır.

Bazar günü internetdə yerləşdirilən videonun müsəlmanların çoxluq təşkil etdiyi Dağıstan regionundakı yaraqlı qrup tərəfindən göndərildiyi güman edilir. Lakin videonun nə zaman hazırlandığı məlum deyil.

Videoda 34 nəfərin ölümü ilə nəticələnən bomba hücumunun iki intiharçı tərəfindən həyata keçirildiyi bildirilsə də, bu məlumatı təsdiq edən mənbə yoxdur.

Rusiya prezidenti Vladimir Putin bazar günü çıxışı zamanı Olimpiya Oyunları zamanı təhlükəsizliyin təmin edilməsi yolunda lazımi işlər görüləcəyini deyib.
XS
SM
MD
LG