Accessibility links

Qarsız Soçidə qış olimpiya oyunları [Video]


Ruslar oyunların necə keçiriləcəyindən narahatdırlar.

Rusya cənub Soçi şəhəri gələn il Qış olimpiya oyunları üçün namizədliyini irəli sürüb və Beynəlxalq Olimpiya kommitəsi fürsəti bu şəhərə verib.

Xokkey və fiqurlu konki yarışı, demək olar ki, hər şey ruslar demişkən “pod kontrolem” yəni nəzarət altındadır.

Palma ağaclarının böyüdüyü xoşətirli bu ərazidə texnoloqiya Rusiyanın Qara dəniz sahilinə buz gətirilməsinə zəmanət verir.

Soçinin qarlı Qafqaz dağlarından cəmi 48 kilometrlik məsafədə yerləşməsinə baxmayaraq bu şəhərdə qar nadir hallarda yağır.

Olimpiya oyunlarının başlamasına düz bir il qalmış buraya yağış yağıb və havanın temperaturu 19 dərəcəyə qalxıb. Xizək və digər buz yarışları təxirə salınıb.

Rosa Xutor xizək kurortunun dağ ətəyi ağ qar rəngi yerinə çirk boz rəngdədir.

"Çox istidir. 15 dərəcədir. Bir neçə gün əvvəl 23 dərəcə idi. Dünən və bu gün olduğu kimi iki gün əvvəl də yağış yağıb və qarı əridib."

Stanislav Lopane Rusyanın şimal Sankt Peterburq şəhərində xizək məşqçisidir.

"Bura subtropikdir. Burada olimpiyadaların keçirilməsi risklidir. Mən düşünürəm ki, hökümət buna hazırlaşıb. Bunu necə idarə edəcəklərini bilmirəm. Əgər kifayət qədər qar olmazsa yəqin ki, helikopterlər vasitəsilə qar gətiriləcək."

Soçi olimpiya təşkilatçıları 444 qar düzəldən maşın qurublar. Kanadanın Vhistler əyalətində keçirilən son qış olimpiya oyunlarında xizək yarışlarının keçiriləcəyi
ərazilərə bu maşinlardan qurulmuşdu.

Işçilər 200 Olimpiya hovuzu ölçüsündə depoları qar ilə doldururlar.

Soçı meri Anatoli Paxomov Olimpiya oyunlarının qarla keçiriləcəyinə zəmanət verib.

"Biz hava, hava şəraitinin 10 dərəcədən yüksək olması da daxil edilməklə, sınaq oyunları keçirərək nəticə çıxaracağıq. Bunların hamısı nəzərə alınacaq və əlbəttə ki, Olimpiyada standardlara uyğun keçiriləcək."

Xizəkçilər isə dağların başında Maslenitsa festivalındada iştirak edib. Bu, qarın yağması üçün müvafiq dua mərasimi ola bilər.
XS
SM
MD
LG