Accessibility links

Olimpiya məşəli Beynəlxalq Fəza Stansiyasına çatıb


Olimpiya məşəlini daşıyan kosmik gəmi Beynəlxalq Fəza Stansiyasına çatıb. Gələn il Soçi şəhərində keçiriləcək Qış Olimpiya Oyunları şərəfinə məşəl fəza gəzintisinə çıxarılacaq.

"Soyuz" kosmik gəmisi Qazaxıstanın Baykanur kosmodromundan havaya qalxıb. Rusiya, Amerika və Yaponiyadan olan 3 nəfərlik ekipaj məşələ müşayət edir.

Kosmik gəmi fəza stansiyasına çatandan iki saat sonra qapı açılıb.

Stansiyada daimi qalan iki rusiyalı kosmonavt şənbə günü tarixdə ilk dəfə Olimpiya məşəlini fəza gəzintisinə çıxardacaq.

Məşəlin gələn həftə bazar etəsi günü Yer kürəsinə geri qaytarılması gözlənilir.

Təhlükəsizlik səbəblərinə görə məşəl yandırılmayacaq. Yer kürəsinə döndükdən sonra, məşəl Rusiya boyu nümayiş etdirilərək fevral ayının 7-də Soçidə oyunların açılış mərasimində Olimpiya alovunun yandırılmasında istifadə ediləcək.
XS
SM
MD
LG