Accessibility links

Moskvada müharibənin başa çatmasının 70 illiyi münasibətilə parad keçirilib


Moskvada Qızıl meydanda 1945-ci ildə nasist qüvvələrin təslim olması ilə Avropada İkinci Dünya müharibəsinin başa çatmasının 70 illiyi münasibətilə böyük parad keçirilib.

Rusiya prezidenti Vladimir Putin İkinci Dünya müharibəsində Rusiyanın əsas müttəfiqləri olan Birləşmiş Ştatlar, Britaniya və Fransaya nasist qüvvələr üzərində qələbəyə kömək etdiyi üçün təşəkkürünü bildirib.

Bu il Moskvada parad Rusiya və Qərb ölkələri arasında Rusiyanın Krımı işğal etməsi və Moskvanın separatçılara dəstəyinə görə Ukrayna münaqişəsi ilə bağlı qarşıdurma şəraitində keçir.

Rusiyanın Qərblə münasibətləri Soyuq müharibə dövründən sonra ən aşağı səviyyədədir. Qərb liderlərinin bu il Moskvada paradı boykot etməsi nəticəsində Kreml öz qüdrətini Çin, Kuba, Zimbabve kimi 20 ölkənin lideri və BMT-nin Baş katibi Ban Ki Mun qarşısında nümayiş etdirib.

Avropa və ABŞ-da İkinci Dünya müharibəsinin başa çatmasının 70 illiyi bundan bir gün öncə mayın 8-də qeyd edilib.

70 ildə ilk dəfə olaraq Ukrayna bu il Qələbə gününü Rusiyadan bir gün öncə qeyd edib. Ukrayna Rusiyanı Qələbə günündən öz hərbi gücünü nümayiş etdirmək məqsədilə istifadə etməkdə günahlandırır.

XS
SM
MD
LG