Accessibility links

Rusiya: Yeni era, köhnə paradiqmalar?


Krım böhranından sonra Sovet İttifaqının qaytarılması kəlməsi tez-tez eşidilir.

Tarixçi, Moskva Dövlət Xarici Əlaqələr İnstitutunun professoru Andrey Zubov Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı əməllərini Adolf Hitlrin Avstriyanı ilhaqı, “Anşlüz” əməlinə bənzətdiyi məqaləsinə görə işdən çıxarılıb. O, yazısını iki səbəblə izah edib. Zubov deyib ki, Rusiyanın Sovet erasından sonra hansı mövqedə üçün bu məqaləni yazıb. Onun dediyinə görə, məqalə bir eksperiment və mesaj mahiyyəti daşıyır.

Zubovun işdən kənarlaşdırılması, TV Rain və Lenta.ru kimi müstəqil mediaya qarşı ölçülər Sovet dövründə olduğu kimi nəzarətin gücləndirilməsini göstərir.

Karneqi Mərkəzinin eksperti Maria Lipman isə hesab edir ki, əsasən ideologiya olmaqla, müasir Rusiya olduqca fərqlidir. “Sosialist və ya kommunist adlandırılmasından asılı olmayaraq, orada təmiz ideologiya şəbəkəsi işləyirdi. Bu prinsiplər formulası Qərbdən tamamilə fərqli idi.”

Qərbin antaqonist mövqeyi dəyişməyib.

Rusiya parlamenti ikili vətəndaşlığın kriminallaşdırılmasına dair qanun layihəsi qəbul etməyə çalışır. Putinin bu haqda bir neçə açıqlaması olub. O deyib ki, ruslar ölkələrində kimlərin yaşadığını və niyyətlərinin nə olduğunu bilmək haqqına malikdir.

Zubov hökumətin köhnə paradiqmalara əsaslanmasına izahat verib. O deyib ki, orta və yaşlı nəsil Sovet dünya görüşünə malikdir və onlar yeni ideyalara adət etməyiblər.
Karneqi Mərkəzinin eksperti Maria Lipman hesab edir ki,Ukrayna-Rusiya kimi ikili vətəndaşlıq Rusiyanı Sovet imecindən uzaqlaşdırır. O deyib ki, Krım hadisələri Rusiyanı bütövlükdə millətçiliyə məcbur edir.

Etnik-millətçilik siyasəti Rusiyanın özünə mənfi təsir göstərəcək. Belə ki, yeni inkişaflar köhnə üsullarla qarşılanır.
XS
SM
MD
LG