Accessibility links

Rusiya komandası Rio de Janeyroda Paralimpiya oyunlarından kənarlaşdırılıb


Prezident Vladimir Putinin 2012-ci ildə milli Paralimiya komandasının üzvləri ilə Moskvada Kremldə görüşdüyü zaman çəkilmiş foto

Prezident Vladimir Putinin 2012-ci ildə milli Paralimiya komandasının üzvləri ilə Moskvada Kremldə görüşdüyü zaman çəkilmiş foto

Rusiyanın milli yığması dopinq qalmaqalı ilə əlaqədar sentyabr ayında Rio de Janeyroda Paralimpiya oyunlarında iştirakdan kənarlaşdırılıb. Bu, sistematik dopinq proqramı ilə əlaqədar olaraq Rio de Janeyroda Yay Olimpiya Oyunlarında iştirak etmək istəyən Rusiya idmançılarına qarşı cəza tədbirləri ilə yanaşı atılmış daha bir addımdır.

Beynəlxalq Olimpiya Komitəsi Rio de Janeyroda Yay Olimpiya Oyunlarında Rusiyanın 271 idmançısının iştirakına icazə verib. Bu, yığma komandanın 70 faizini təşkil edir. Lakin Beynəlxalq Paralimpiya Komitəsi 2014-cü ildə Soçidə Paralimpiya oyunları da daxil olmaqla, Moskvanın dopinq proqramını qəti şəkildə qınayaraq, sentyabrın 7-18 tarixlərində Rio de Janeyroda keçiriləcək oyunlarda Rusiyanın Paralimpiya komandasının bütünlüklə iştirakını qadağan edib.

"Onların medalların mənəviyyatdan üstün tutulması mentaliteti məni iyrəndidir. Anti-dopinq sisteminin bütünlüklə korrupsiyalaşması qaydalarla bir araya sığmır və Paralimpiya oyunlarının ruhuna ziddir."-Filip Kreyven

"Bu vəziyyətin faciəli tərəfi idmançıların sistemi aldatmasında deyil, dövlət tərəfindən bir sistemin idmançıları aldatmasındadır", Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kreyven bildirib. "Rusiyanın idman sistemini zəhərləyən dopinq mədəniyyəti Rusiya hökuimətindən qaynaqlanır və Ümumdünya Anti-Dopinq Agentyinin bir deyil, iki müsətqil komissiysaı tərəfindən aşkar edilib" o, sözünə davam edib.

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kreyvenin 2014-cü ildə Kremldə Rusiya prezidenti Vladimir Putinin iştirak etdiyi mərasimdə çıxışı zaman çəkilmiş foto

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kreyvenin 2014-cü ildə Kremldə Rusiya prezidenti Vladimir Putinin iştirak etdiyi mərasimdə çıxışı zaman çəkilmiş foto

Filip Karven əlavə edib: "Onların medalların mənəviyyatdan üstün tutulması mentaliteti məni iyrəndidir. Anti-dopinq sisteminin bütünlüklə korrupsiyalaşması qaydalarla bir araya sığmır və Paralimpiya oyunlarının ruhuna ziddir."

Müxtəlif fiziki qüsuru olan idmançılar üçün keçirilən Paralimpiya Oyunlarına dünyanın 160-dan çox ölkəsindən 4300 idmançının qatılacağı gözlənilir. Yarışlar idmanın 22 növü izrə keçiriləcək.

"Bu vəziyyətin faciəli tərəfi idmançıların sistemi aldatmasında deyil, dövlət tərəfindən bir sistemin idmançıları aldatmasındadır."-Filip Kreyven

Beynəlxalq Olimpiya Komitəsi Rusiyanın Olimpiya yığmasının bütünlüklə Rio de Janeyroda Yay Olimpya Oyunlarında iştirakdan kənarlaşdırılması çağırışlarını rədd edib. Komitənin sədri Tomas Bax deyib ki, pozuntuların şamil olmadığı ayrı-ayrı atletlər Rusiya hökumətinin hərəkətlərinə görə cəzalandırılmamalıdır.

Rusiyanın yüngül atletika üzrə komandası ən ağır şəkildə cəzalandırılıb. Komandanın yeganə üzvü olan ABŞ-da yaşayan idmançı Darya Klişinanın Rusiyadan kənarda dopinq testi keçdiyinə görə Rio de Janeyroda Olimpiadada iştirakına icazə verilib.

XS
SM
MD
LG