Accessibility links

Bazar günü avqustun 7-də Beynəlxalq Paralimpiya Komitəsi Rusiya komandasının gələn ay Rioda keçiriləcək Paralimpiya Oyunlarında iştirakını qadağan edib. Buna səbəb Rusiyada idman sahəsində geniş yayılmış dopinq mədəniyyətidir.

Komitə Rusiya Paralimpiya Komitəsini kənarlaşdırmaq qərarını Rioda açıqlayıb. Prezident Filip Kraven rusiyalı paralimpiyaçıların Rusiya hökümətindən qaynaqlanan yanlış sistemin bir hissəsi olduğunu deyib.

Rusiya bu qadağa ilə bağlı İdman Arbitrar Məhkəməsinə kassasiya şikayəti ilə müraciət edəcəyini bildirib.

Komitənin qərarı MakLaren Hesabatının ötən ay rusiyalı paralimpiyaçıların genişmiqyaslı dopinq qalmaqalına cəlb olunması və bunun ört-basdır edilməsi ilə bağlı dərc etdiyi hesabata əsaslanır ki, bu qalmaqal nəticəsində bir sıra idmançı bu ay keçirilən Yay Olimpiya Oyunlarından kənarlaşdırılıb.

Beynəlxalq Olimpiya Komitəsi bütün idmançıların iştirakının qadağan edilməsinin əleyhinə qərar çıxarsa da, Paralimpiya Komitəsi sentyabrın 7-dən 18-dək davam edəcək oyunlarda bütün Rusiya komandasının iştirkına qadağa qoyub.

XS
SM
MD
LG