Accessibility links

Rusiya parlamenti mitinq cəriməsinin artırılmasını təsdiq etdi

  • Amerikanın səsi

Rusiyada qanunvericilər icazəsiz mitinqlərdə iştirak edən adamlara cərimənin kəskin artırılmasını təsbit edən qanunu təsdiq ediblər.

Qanun üçüncü və yekun oxunuşda 241 lehinə, 147 əleyhinə səs verilməklə parlamentin aşağı palatasında qəbul olunub.

Yeni qanun qeyri-qanuni küçə aksiyasında iştiraka görə cəriməni 30 dollardan 9000 dollara qaldırır. Etiraz aksiyalarını məhdudlaşdırmağa yönəlik ölçü məhkuma 200 saatdək ictimai qulluq seçimi verir.

Dünən polis hakim Vahid Rusiya partiyası tərəfindən təqdim edilən qanuna etiraz edən 20 adamı parlament binası qarşısında saxlamışdı.

XS
SM
MD
LG