Accessibility links

Rusiya parlament prezident Vladimir Putinin Rusiya qüvvələrinin Ukraynanın Krım regionuna hərbi qüvvə yeridilməsinə dair istəyini təsdiq edib. Bu addım iki qonşu ölkə arasında gərginliyin daha da artmasına səbəb olub.

Bugünkü qərar Ukrayna rəsmilərinin Rusiya qoşunlarının Krıma yerləşdirilməsi barədə dediklərini rəsmi şəkildə təsdiq edib.

Ukrayna paytaxtı Kiyevdə müvəqqəti hökumətin keçirdiyi toplantıda müvəqqəti müdafiə naziri deyib ki, Ukrayna ərazisinə Rusiyanın əlavə 6 min əsgəri yerləşdirilib.

Ukrayna Rusiyanın Krımdakı provokasiyasına hərbi yolla cavab verməyəcəyini bildirərək Rusiyanı bölgədən bütün hərbi fəaliyyətlərini dayandırmağa çağırıb. Baş nazir Arseni Yatsenyuk deyib ki, ölkəsi Rusiya ilə hərbi münaqişəyə getməyəcək.

Qara dənizdəki yarımada 1991-ci ildə Sovet İttifaqı dağılandan bəri Ukraynanın tərkib hissəsidir. Bir həftə əvvəl Rusiya təmayüllü Viktor Yanukoviç hakimiyyətdən devriləndən sonra bu ərazi Ukraynada gənginliklərinə qaynar nöqtəsinə çevrilib.

Bu gün Rusiya parlamentinin aşağı palatası cənab Putinin Krımda vəziyyəti sabitləşdirmək üçün addım atmağa çağırıb. Ancaq ABŞ prezidenti Barak Obama Rusiyaya Ukraynaya müdaxilə etməmək barədə xəbərdarlıq edərək deyib ki, bunun mənfi nəticələri ola bilər.
XS
SM
MD
LG