Accessibility links

Rusiya laynerinin qəza səbəbləri araşdırılır


Rusiya rəsmiləri Sinay yarımadasında Rusiya təyyarəsinin qəzaya uğradığı iş ərazində axtarışları genişləndirir. Rəsmilər təyyarənin nə səbəbdən qəzaya uğraması haqda dəqiq fikir bildirməyib.

Rusiyanın Fövqəladə Hallar naziri Alkesey Smirnov deyib ki, təhqiqatçılar təyyarənin füzelyajını yoxlamaq üçün əlavə təhqiqatlar aparır.

ABŞ-ın hərbi peyki Rusiya layneri qəzaya uğrayan zaman işıltı qeydə alıb. Lakin rəsmilər nə raket hücumunun, nə də mühərrikin alovlanmasının qeydə alınmadığını bildirib.

Bu arada, Rusiya səhiyyə nazirinin müavini İqor Kaqramanyan deyib ki, hadisənin səbəbini müəyyən etmək üçün hadisə qurbanlarının cəsədləri və onların əşyalarını təhqiq edilir.

Ekspertlər ABŞ mətbuatına bildirib ki, qeydə alınmış işıltı Metrojet A-321-in içərisində bomba partlayışı, təyyarənin mühərrikinin partlaması, laynerin içərisində yanğın və ya təyyarənin yerə dəyməsi kimi hallar zamanı fəlakətli hadisənin baş verməsinə işarə edə bilər.

Misirli tədqiqatçılar təyyarənin qara qutusunu təhqiq etməyə, hadisə qurbanlarının ailə üzvləri isə Sank Peterburqa gətirilən 140 cəsədin tanınması prosesinə başlayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG