Accessibility links

Rusiyanın müxalifət lideri Aleksey Navalnıya qarşı yeni cinayət işi qaldırılıb


Navalnıy günahkar hesab edəcəyinə şübhə etmədiyini deyir

Ölkənin prezidenti seçildiyi təqdirdə Vladimir Putin və tərəfdarlarını həbs edəcəyini deyən Rusiyanın müxalifət lideri Aleksey Navalnıya qarşı yeni cinayət işi qaldırılıb.

Təhqiqatçılar Aleksey Navalnıy və onun qardaşı Oleqi şirkətin 119000 dollarını mənimsədiklərində şübhələndiklərini bildirir.

Navalnıy Twitter hesabında yeni ittihamlara münasibət bildirib. O, “qatarda yuxudan oyandım və onların yeni təhqiqat başladıqlarını öyrəndim. Bu bizim səfərimizin uğurlu keçdiyi deməkdir” -deyə fikirlərini paylaşıb.

Müxalifət lideri Kirov şəhərinə məhkəməyə çağırılmışdı. O, 2009-cu ildə ona qarşı irəli sürülən ağac emalı şirkətindən 500000 dollar mənimsəməkdə ittiham edilirdi. Həmin vaxt Navalnıy qubernator məsləhətçisi vəzifəsində işləyib.

Navalnıy ona qarşı irəli sürülən ittihamları rədd edir. O deyir ki, məhkəmə onu təqsirli hesab edəcəyinə şübhə etmir.

Navalnıy 2011-ci ildə seçki saxtakarlığı və Putinin yeniden prezident seçilməsinə qarşı kütləvi etiraz aksiyası təşkil etmişdi.

Rusiyada növbəti prezident seçkiləri 2018-ci ildə keçirilməlidir.
XS
SM
MD
LG