Accessibility links

Rusiya prezidenti Vladimir Putin bu gün Çinə gəlib. Üç günlük səfəri əsnasında Rusiya prezidentinin iki ölkə arasında ticarət münasibətlərini inkişaf etdirmək və Suriya ilə İrana dair xarici siyasəti davam etdirmək barədə əməkdaşlığı müzakirə edəcəyi gözlənilir.

Ötən ay üçüncü dönəmə prezident seçiləndən bəri ilk dəfə Asiyaya səfər edən cənab Putin bu gün Çin prezidenti Hu Cintao ilə görüşəcək. Onun həftəsonu Pekində keçiriləcək illik regional təhlükəsizlik sammitində də iştirak edəcəyi nəzərdə tutulub.

Çin və Rusiya ənənəvi müttəfiqlər deyil. Lakin keçmiş Soyuq Müharibə rəqibləri ötən aylarda Suriya prezidenti Bəşər əl-Əsədin vəzifəsindən çıxarılmasına dair beynəlxalq çağırışlara müqavimət göstərmək üçün qüvvələrini səfərbər ediblər.

XS
SM
MD
LG