Accessibility links

Rusiya prezidenti gələn həftə İtaliyada Roma Papası XVI Benediktlə görüşəcək


Rusiya prezidenti gələn həftə İtaliyada Roma Papası XVI Benediktlə görüşəcək

Rusiya prezidenti gələn həftə İtaliyada Roma Papası XVI Benediktlə görüşəcək

İkigünlük səfər Rusiya və İtaliya arasında ilboyu davam edən mədəni mübadilənin tərkib hissəsidir

Rusiya prezidenti Dmitri Medvedev gələn həftə İtaliyaya rəsmi səfəri zamanı ilk dəfə olaraq Roma Papası XVI Benediktlə görüşəcək.

Kreml bildirib ki, gələn həftənin çərşənbə günü başlayacaq ikigünlük səfər Rusiya və İtaliya arasında ilboyu davam edən mədəni mübadilənin tərkib hissəsidir.

Cənab Medvedev İtaliyanın baş naziri Silvio Berluskoni və prezident Giorgio Napolitano ilə görüşündə təhlükəsizlik kimi əsas məsələlərə toxunacaq.

Rusiya İtaliya ilə münasibətlərini 2007-ci ildən yaxşılaşdırmağa başlayıb. Həmin vaxt sabiq prezident Vladimir Putin Roma Katolik kilsəsi ilə Rusiya Pravoslav kilsəsi arasında əlaqələri inkişaf etdirmək üçün Vatikana səfər etmişdi.

XS
SM
MD
LG