Accessibility links

Rusiya prezidenti ABŞ-la yeni START müqaviləsini ratifikasiya edib


Rusiya prezidenti ABŞ-la yeni START müqaviləsini ratifikasiya edib

Rusiya prezidenti ABŞ-la yeni START müqaviləsini ratifikasiya edib

ABŞ prezidenti Barak Obama müqavilənin ratifikasiya edilməsinin ABŞ təhlükəsizliyi üçün mühüm olduğunu vurğulayıb

Rusiya prezidenti Dmitri Medvedev ABŞ-la yeni nüvə silahları ixtisarı müqaviləsini ratifikasiya edib. Bu gün o, təhlükəsizlik şurasına Strateji Silah İxtisarı Müqaviləsinin (START) iki tərəf ratifikasiya sənədlərini mübadilə edəndən sonra qüvvəyə minəcəyini bildirib. Cənab Medvedev bunun Rusiya ilə Birləşmiş Ştatların xarici işlər nazirlərinin qarşıdan gələn görüşündə baş verəcəyi qənaətindədir. START müqaviləsi Rusiyanın hər iki palatası tərəfindən təsdiqlənib. Müqavilə ABŞ Senatı tərəfindən dekabr ayında təsdiqlənmişdi. ABŞ prezidenti Barak Obama müqavilənin ratifikasiya edilməsinin ABŞ təhlükəsizliyi üçün mühüm olduğunu vurğulayıb. O, bildirib ki, strateji silah nəzarəti müqaviləsi olmadan Birləşmiş Ştatlar Rusiyanın nüvə arsenalını fiziki şəkildə təftiş edə bilməz.

XS
SM
MD
LG