Accessibility links

Rusiya prezidenti Belarusa qaz təchizinin kəsilməsinə sərəncam verib


Qazpromun icra başcısı Aleksey Miller deyib ki, bazar ertəsindən başlayaraq Belarusa qaz təchizi tədricən kəsiləcək

Rusiya prezidenti Dmitri Medvedev Rusiyanın təbii qaz nəhəngi Qazproma həll olunmamış ödəniş mübahisəsinə görə Belarusa qaz təchizinin kəsilməsinə sərəncam verib. Qazpromun icra başcısı Aleksey Miller deyib ki, bazar ertəsindən başlayaraq Belarusa qaz təchizi tədricən kəsiləcək.

Rusiya mediası bildirib ki, qaz təchizinin kəsilməsinə baxmayaraq, Minsklə Moskva arasında danışıqlar davam edəcək. Belarus Rusiyanın təbii qaz nəhəngi olan Qazpromla həllini tapmayan ödəmə mubahisəsi haqda təcili danışıqlar ücün, vasitəçiləri Moskvaya göndərib. Bu qərara bazar günü Moskvanın Belarusa verilən qazın 85 faiz kəsilməsi hədəsindən sonra gəlinmişdir. Moskva bazar ertəsi yerli vaxtla səhər saat 10-a qədər 200 milyon dolara yaxın borcunu almadığı təqdirdə qərarı yerinə yetirəcəyini bildirib. Belarus belə bir borcu olduğunu inkar edir.

Şənbə günü ikitərəfli danışıqlar heç bir nəticə verməyib. Bundan sonra Rusiya baş nazirinin muavini İqor Seçin məsələnin məhkəmədə həll oluna biləcəyini deyib. Belarus tərəf bazar günü bildirib ki, məsələ öz həllini tapmasa, bu qərbi avropaya qaz axınına mənfi təsirini göstərəcək. Lakin Qazpromun icra başcısı Aleksey Miller danışıqların müsbət nəticəsi vermədiyi halda Rusiya qazının Ukrayna boru kəməri vasitəsi ilə qərbə ötürülə biləcəyini bildirib.

XS
SM
MD
LG