Accessibility links

Rusiya prezidenti Çinə səfər edib


Rusiya prezidenti Çinə səfər edib
Rusiya prezidenti Çinə səfər edib

Pekində Dmitri Medvedyev çinli həmkarı Hu Cintao, o cümlədən parlamentin spikeri Vu Banqquo və baş nazir Ven Ciabao ilə görüşəcək

Rusiya prezidenti Dmitri Medvedev Çin liderləri ilə danışıqlar aparmaq üçün bu ölkəyə 3 günlük rəsmi səfərə gedib. Bu gün Dalyan hava limanına çatan cənab Medvedev orada Sovet İttifaqı müharibəsi xatirə abidəsinə baş çəkib, həmçinin çinli və rus İkinci Dünya Müharibəsi veteranları ilə görüşüb. Rusiya lideri Pekin sabah gedəcək. Pekində Dmitri Medvedyev çinli həmkarı Hu Cintao, o cümlədən parlamentin spikeri Vu Banqquo və baş nazir Ven Ciabao ilə görüşəcək. Sabah axşam Rusiya dövlət başçısı Şanxaya səfər edəcək və çərşənbə axşamı vitse-prezident Xi Cinpinqlə görüşəcək.

XS
SM
MD
LG