Accessibility links

Rusiya prezidenti hökmdən qabaq rəsmilərin şərh verməsini düzgün saymır


Rusiya prezidenti hökmdən qabaq rəsmilərin şərh verməsini düzgün saymır

Rusiya prezidenti hökmdən qabaq rəsmilərin şərh verməsini düzgün saymır

Rusiya prezidenti deyir ki, rəsmilər hökmdən qabaq məhkəmə işlərinə şərh vermək istəmirlər. Fransa xəbər agentliyi bildirir ki, cümə günü prezident Dmitri Medvedev deyib ki, heç bir dövlət rəsmisinin məhkəmə hökmündən öncə şərh vermək ixtiyarı yoxdur. Cənab Medvedevin verdiyi bəyanat baş nazir Vladimir Putinin Mixail Xodorkovskinin həbsdə qalmalı olduğunu deməsindən bir həftə sonraya təsadüf edir. Cənab Putin Xodorkovskini həbsə məhkum edilmiş amerikalı maliyyəçi Bernard Meydoffla müqayisə etmişdi. Baş nazir televiziya şousunda bildirmişdi ki, bir vaxtlar Rusiyanın ən zəngin adamı olmuş Xodorkovski məhkum edilməlidir. Hazırda vergidən yayınmaq ittihamı ilə həbsdə yatan Xodorkovski qanunsuz pul mənimsəmə ittihamları əsasında keçirilmiş ikinci məhkəmənin qərarını gözləyir.

XS
SM
MD
LG