Accessibility links

Rusiya prezidenti Şimali Qafqaza gəlib


Rusiya Prezidenti Dmitri Medvedev 50-dən çox adamın ölümü ilə nəticələnən silsilə terror hücumlarının ardınca Şimali Qafqazın qaynar Dağıstan Respublikasına gəlib.

Rusiya Prezidenti Dmitri Medvedev 50-dən çox adamın ölümü ilə nəticələnən silsilə terror hücumlarının ardınca qəfildən Şimali Qafqazın qaynar Dağıstan Respublikasına gəlib. Dağıstanda regional liderlər və təhlükəsizlik rəsmiləri ilə görüşdə cənab Medvedev onları terrora qarşı sərt, qəti ölçülər götürməyə çağırıb. Rusiya prezidentinin müraciəti yerli telekanallarda yayımlanıb. Bu gün daha bir hücum baş verib ki, Dağıstanda maşında baş verən partlayış iki adamın həyatına son qoyub. Partlayışın səbəbləri hələ də araşdırılır, lakin polis istisna etmir ki, maşında partlayıcı maddə daşınırmış. Dünən Dağıstanın Kizlər məntəqəsində, ondan bir gün əvvəl isə Moskvada baş verən intiharçı hücumları 50-dən çox adamın həyatına son qoyub. Artıq bu gün bütün Rusiya boyu Moskva və Krasnodarda terror qurbanlarının dəfn mərasimləri keçirilib. Çeçen qiyamçılarının lideri Doku Umarov bu hücumların Rusiya təhlükəsizlik qüvvələrinin Qafqazda mülki vətəndaşları öldürməsinə cavab olduğunu söyləyib.

XS
SM
MD
LG