Accessibility links

Rusiya prezident Vladmir Putin bu gün Rusiyanın İkinci Dünya Müharibəsində qələbəsini qey etmək üçün Krıma səfər edib. Bu, Rusiyanın Krımı ilhaq etməsindən sonra cənab Putinin regiona ilk səfəridir.

Krımın liman Sevastopol şəhərində ordu veteranları və zabitlər qarşısında çıxış edən Rusiya prezidenti deyib ki, 2014-cü ildə Krım üçün gözəl xatirələrlə yadda qalacaq. "Bu il burada yaşayan insanların Rusiya ilə birgə olmasını müəyyən etməsi və əcdadlarının yaddaşını, eləc ədə tarixi həqiqəti təsdiq etdikləri ildir" - deyə cənab Putin bildirib.

Krıma səfərindən əvvəl isə bu gün Rusiya prezidenti Moskvadakı Qızıl Meydanda dayanaraq 11 minlik qoşunla keçirilən Qələbə Günü Hərbi Paradını izləyib.

Bununla yanaşı, Ukraynanın cənub-şərqindəki Mariupol liman şəhərində ruspərəst yaraqlılarla Ukrayna təhlükəsizlik qüvvələri arasında döyüşlər bu gün də davam edib.

Mariupoldakı bugünkü döyüşlər əvvəlkilərlə müqayisədə daha şiddətli olub. Belə ki təhlükəsizlik qüvvələri əraziyə tanklar və ağır artileriya gətirib.

Ukraynanın daxil işlər naziri Arse Avakov deyib ki, təhlükəsizlik qüvvələri Mariupolda polis məntəqəsini ələ keçirməyə çalışan 20-ə yaxın rusiyapərəst üsyançını öldürüb. O, Urkayna tərəfinin isə 1 nəfər itki verdiyini, 5 nəfərin yaralandığınl bildirib.

Associated Press xəbər agentliyinin müxbiri Mariupol polis məntəqəsi yaxınlığında 3 cəsədin şahidi olduğunu xəbər verib.
XS
SM
MD
LG