Accessibility links

Rusiya prezidenti narkotik maddələrlə mübarizəni gücləndirməyə çağırır


Rusiya prezidenti narkotik maddələrlə mübarizəni gücləndirməyə çağırır

Rusiya prezidenti narkotik maddələrlə mübarizəni gücləndirməyə çağırır

Rusiya prezidenti Dmitri Medvedev artmaqda olan və iqtisadiyyatına ildə 2-3 faiz gəlir gətirən narkotik epidemiyasına qarşı mübarizə aparıldığını deyib. Bu gün Sibirin İrkutsk şəhərində çıxış edən prezident deyib ki, narkotiklərlə mübarizə sahəsində cüzi inkişaflar əldə edilməsinə baxmayaraq, ciddi addımlar atılmayıb.

Həşiş istehsalçısı Əfqanıstanla yaxınlığı Rusiyada bu narkotik maddənin yayılmasına səbəb olub. Narkotiklərin ölkədə QİÇS xəstəliyinin də artmasına səbəb olduğu deyilir. Rusiyada 30 yaşa qədər 2.5 milyon insan narkotiklərdən asılıdır.

Cənab Medvedev Rusiyada uşaqların 11 yaşlarından başalayaraq narkotik maddələrdən istifadə etdiyini və belə halların qarşısının alınması məqsədi ilə anti-narkotik proqramlarının hazırlanmasının və məktəblərdə uşaqların narkotik testlərindən keçməli olduqlarını deyib.

XS
SM
MD
LG