Accessibility links

Rusiya prezidenti yeni təhlükəsizlik qanunu imzaladı


Rusiya prezidenti Dmitri Medvedev təhlükəsizlik agentliklərinə geniş səlahiyyətlər verən qanun imzalayıb. Cümə axşamı imzalanmış qanun Sovet dönəmində mövcud olmuş DTK-nın xələfi Federal Təhlükəsizlik Xidmətinə (FSB) cinayət törətməyə hazırlaşdığı inanılan adamları saxlamaq və ya onlara xəbərdarlıq etmək səlahiyyəti verir. Tənqidçilər deyirlər ki, yeni qanun FSB-yə dissidentləri təhdid etməyə icazə verəcək. Qanunun tərəfdarları isə deyir lər ki, yeni ölçü cinayətin azaldılmasına və qeyri-qanuni əməllər haqda məlumatlılığın çoxalmasına yardım edəcək. Yeni qanuna əsasən şübhəlilər cərimələnə və ya 15 sutkayadək saxlanıla bilərlər.

XS
SM
MD
LG