Accessibility links

Britaniyanın məşhur musiqiçiləri Rusiyada həbs edilən 3 pok ifaçısının azadlığa buraxılmasına çağırır


Britaniyanın məşhur musiqiçiləri Rusiyada həbs edilən 3 pok ifaçısının azadlığa buraxılmasına çağırır.

Times of London qəzetində dərc edilən açıq məktubda onlara qarşı irəli sürülən xuliqanlıq ittihamı gülünc adlandırılıb. Məktubun müəllifləri musiqiçilərin də söz azadlığını müdafiə etmək hüququna malik olduqlarını yazır.

Məktub Rusiya prezidenti Vladimir Putinin London səfərinə təsadüf edir. Britaniyanın baş naziri Deyvid Kameron Rusiyanın dövlət başçısı ilə o ölkədə insan hüquqları məsələsinin müzakirə edildiyini bildirib.

Vladimir Putin dissidentlərin susdurulması səylərinə görə ciddi tənqidlər altındadır.

Xuliqanlıq ittihamı ilə məhkum edilən üç rus rok musiqiçisi dünən məhkəmə prosesinin üçüncü günü zəif və yorğun görünürdülər.

Qrupun üzvləri Moskvanın əsəs kilsəsində prezident Vladimir Putin əleyhinə rok musiqisi ifa etdikdən sonra həbs edilib.

Vəkillər məhkəməni qadınları taqətdən salmaqda təqsirləndirib. Musiqiçilər beş ay müddətində həbsdə saxlanılıb və təqsirli bilinərsə, yeddi il müddətinə azadlıqdan məhrum edilmə ilə üzləşə bilər.

Müxalifət qrupları məhkəmə prosesinin Kremil əleyhinə hərəkatı susdurmaq üçün istifadə edilən üsullardan biri olduğunu bildirib.
XS
SM
MD
LG