Accessibility links

Rusiyada fəallar Vladimir Putinə qarşı aksiya keçirib [Video]


Rusiyada fəallar Vladimir Putinə qarşı aksiya keçirib
please wait

No media source currently available

0:00 0:02:30 0:00

Rusiya müxalifət tərəfdarları Kremldə dəyişikliklər və geniş islahatların həyata keçirilməsini tələb ediblər

Minlərlə müxalifətçi bazar günü Moskva ətrafında toplaşaraq prezident Vladimir Putinə qarşı narazılıqlarını dilə gətirib.

Rusiya müxalifət tərəfdarları Kremldə dəyişikliklər və geniş islahatların həyata keçirilməsini tələb ediblər.

Təxminən 7500 etirazçı Moskva ətrafında toplaşaraq, Aleksey Navalnı başda olmaqla müxalif düşərgənin nümayəndələrinin çıxışları dinləyiblər.

Aleksey Navalnı: “Mənim məqsədim layiqli şəxs kimi qalmaqdır.”

Kreml tərəfdarı ekspertlər Navalnı və müxalifəti yeni hökumət qurmaq üçün əllərində təfsilatlı plan olmadan dəyişikliyə çağırmasını tənqid edir. Navalnı bu tənqidləri rədd edir.

Aleksey Navalnı: “Bura toplaşan hər kəs inanır ki, həqiqət yalandan daha güclüdür. Həqiqəti danışan layiqli şəxs yalançıdan daha güclüdür.”

Fəallar korrupsiyaya son qoyulması, siyasi məhbusların azadlığa buraxılması və Boris Nemtsovun qətlinin ədalətli istintaqını tələb ediblər.

Etiraz aksiyası prezident Putinin Vahid Rusiya partiyasının ölkə boyu keçirilən bələdiyyə seçkilərində dominatlıq əldə etməsindən bir həftə sonra keçirilib.

Anna Litvenenko: “Seçkilərə maraq olmadığı üçün uğursuzluqla nəticələnib. İnsanlar başqa çıxış yolunu görmürlər, ona görə də burdalar.”

Bəzi etirazçılar isə nəticələrə bədbinliklə yanaşır. Onlar güclü təbliğat və sanksiyaların siyasi elitanı hədəf aldığını qeyd edir.

Zaxari Qerçakov: “Bu soyuducu və televizor arasında dilemmadır. Nə qədər ki soyuducuda yemək var, insanlar televizorda deyilənlərə inanacaq.”

Etiraz aksiyasının təşkilatçılarının mitinqə gözlənilən 40 mindən az insanın gəlməsinə baxmayaraq, Navalnı mübarizəni davam etdirəcəyinə söz verib.

Aleksey Navalnı: “Mübarizə işlərin pis olduğunu bilib, dəyişikliyə inananlar və bunu bilib, lakin dəyişikliyə inanmayanlar arasında gedir.”

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG