Accessibility links

Rusiya prezidenti Vladimir Putin CBS kanalına müsahibə verib


Cənab Putin Rusiyanın uzun-müddətli müttəfiqi Suriya prezidenti Bəşar Əl-Əsədi dəstəkləmək niyyətində olduğunu, lakin bunu quru qüvvələrin yardımı ilə etməyəcəyini bildirib

Bazar ertəsi ABŞ prezidenti Barak Obama ilə Rusiya lideri Vladimir Putin arasında bir ildən sonra baş tutacaq ilk üz-üzə görüş zamanı Suriyada münaqişə ilə bağlı davam edən gərginliyin əsas diqqət mərkəzində olacağı gözlənilir.

İki lider Nyu-Yorkda BMT-nin Baş Assambleyasının illik sessiyası çərçivəsində görüşəcək.

CBS kanalının 60 Minutes verilişi üçün Moskvada çəkilən və bazar günü yayımlanan müsahibədə cənab Putin Rusiyanın uzun-müddətli müttəfiqi Suriya prezidenti Bəşar Əl-Əsədi dəstəkləmək niyyətində olduğunu, lakin bunu quru qüvvələrin yardımı ilə etməyəcəyini bildirib.

“Rusiya Suriya və ya hər hansı bir digər ölkədə quruda heç bir əməliyyatda iştirak etməyəcək, ən azı indi belə bir planımız yoxdur. Amma prezident Əsəd və digər ölkələrdəki tərəfdaşlarımızla əməkdaşlığımızı gücləndirməyin yollarını araşdırıq.”

Cənab Putinin sözlərinə görə, o, Suriya münaqişəsinin həllini Suriya hökümət agentliklərini gücləndirməkdə və terrora qarşı mübarizədə onları dəstəkləməkdə görür.

O həmçinin Suriya hökümətini müxalifətin sağlam hissəsi ilə müsbət dialoq qurmağa və siyası islahatlar aparmağa təşviq edəcəyini bildirib.

Bazar ertəsi günü həmçinin Rusiya xarici işlər nazirinin müavii Mixail Boqdanov Suriyada vəziyyətə təsir edən ölkələrlə danışıqların da baş tutmaq ehtimalını irəli sürüb. Bu ölkələrə Birləşmiş Ştatlar, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir daxildir.

Bazar günü ABŞ Dövlət katibi Con Kerri Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşüb. Dövlət Departamenti bu görüşü ABŞ prezidentinin Vladimir Putinlə görüşünə zəmin yaratmaq kimi qiymətləndirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG