Accessibility links

Rusiyanın "İsgəndər" nüvə raketlərini Kalininqrada yerləşdirməsi Qərbdə narahatlıqla qarşılanıb [Video]


Təhlilçilər deyir ki, Rusiyanın nüvə raketlərini Baltik dənizi yaxınlığında Kalininqradda yerləşdirməsi Qərb üçün təhlükələrə dair "həyəcan siqnalı"dır. Bu addım Almaniyanın Moskva ilə Qərb arasında gərginliklərin Soyuq müharibə dövründə olduğundan daha təhlükəli məqama gəldiyi haqda xəbərdarlıq etdiyi zaman atılıb.

Bu ilin əvvəllərində sınaqdan keçirilən Rusiyanın "İsgəndər" raketləri 500 kilometr məsafə qət etmək qabiliyyətinə malikdir. Bu raketlərin Rusiyanın anklavı sayılan Kalininqradda yerləşdirilməsi Qərb tərəfindən dərin narahatlıqla qarşılanıb.

İqor Sutyaqin: “Qərbi "İsgəndər" raketlərinin yerləşdirilməsinə hələlik ayılmaq çağırışları ilə reaksiya verib. Bu bir vedrə buz kimi suya bənzəyir: Oyan, sən təhlükəsiz dünyada yaşamırsan.”

Moskva bildirir ki, raketlərin yerləşdirilməsi mütəmadi hərbi təlimlərin bir hissəsidir. Soyuq müharibə dövrü daha böyük raketlər Şərqi Almaniya və Çexoslovakiyada yerləşdirilmişdi. İndi isə strateqiya psixolojidir, deyə təhlilçi Sutyaqin bildirir.

İqor Sutyaqin: “Məqsəd Qərbi qorxutmaqdır. Çünki Rusiyanın beynəlxalq arenada rəqabət uğrunda mübarizədə psixoloji təziqdən başqa alətə malik deyil. Rusiyanın hərbi qüvvələri də NATO qüvvələrindən daha zəifdir.”

Rusiyanın Suriyadakı hərbi-dəniz bazasında S-300 raket müdafiə sistemini qurması növbəti xəbərdarlığa səbəb olub.

İqor Konaşenkov: “Raketlər Tartus hərbi-dəniz və Rusiya dəniz qüvvələrinin bazasını hava hücumlarından qorumaq və təhlükəsizliyi təmin etmək məqsədi daşıyır. S-300 raketlərinin quraşdırılmasının Qərb partnyorları arasında nə üçün belə həyəcana səbəb yaratdığı aydın deyil.”

Lakin Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin mətbuatda dərc olunmuş açıqlamasında Qərb və Rusiya arasında gərginliyin Soyuq Müharibə zamanından daha təhlükəli olduğu deyilir. Sutyagin bununla razılaşır.

İqor Sutqayin: “Burada Rusiya tərəfin gözlənilməzliyi kimi bir məqsəd var, çünki bu psixologiyanın bir hissəsidir. Sən ya ağılsız olmalısan, ya da özünü ağılsız kimi göstərməlisən. Beləliklə hər kəs "bu adamın" doğurdan da ağılsız olduğunu düşünəcək və "ən yaxşısı onun yolundan çəkilməkdir" deyəcək.”

Bu gözlənilməzlik taktikası Avropa səmalarında işə yarayıb. Aprel ayında Rusiyanın hərbi təyyarələri Baltik dənizindəki ABŞ hərbi gəmisini təhrik edib.

Keçən həftə isə Finlandiya Rusiyanın Su-27 təyyarələrinin ölkənin hava sahəsini pozduğunu desə də, Moskva bunu inkar edib.

Alyansın üzvü olmayan Finlandiyanın Rusiya ilə sərhəddi 1300 kilometrdir və Rusiyanın aqressiyasına qarşı mübarizə aparmaq üçün NATO ilə əməkdaşlıq edir.

ABŞ müdafiə nazirinin müavini Robert Vork Helsinkiyə səfər edərək iki ölkə arasında hərbi əməkdaşlığı genişləndirmək barədə razılıq imzalayıb.

XS
SM
MD
LG