Accessibility links

Rusiya ABŞ da daxil olmaqla, qərb ölkələrinə Moskvaya qarşı sanksiyalara görə xəbərdarlıq verərək, bu kimi təhdidlərin Qərbin Ukraynanın şərqində barışığa dəstək vermədiyini göstərdiyini bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov təhdidləri atəşkəs şərtlərində əməl olunması addımlardan yayınmaq kimi qiymətləndirib.

Ukrayna ordusu son üç gün ərzində separatçıların hücumlarının azaldığını bildirib, ancaq cümə axşamı günü üsyançıların liman şəhəri Mariupolda hökumət hədəflərinə hücum etdiklərini deyib.

Ağ Ev rəsmiləri Ukrayna ordusunun silahla təmin edilməsi ilə bağlı müzakirələrin davam etdirildiyini bildirir.

XS
SM
MD
LG