Accessibility links

Rusiya Suriyaya raketlər satacağını bildirib


Rusiya Suriyaya raketlər satacağını bildirib

Rusiya Suriyaya raketlər satacağını bildirib

Rusiya Birləşmiş Ştatlar və İsrailin qarşı olamsına baxmayaraq Suriyaya gəmilərə qarşı raketlərin satılması planını davam edəcəyini bildirib. Rusiyanın müdafiə naziri Anatoli Serdyukov bu gün müxbirlələ söhbəti zamanı Suriyaya gəmilərə qarşı “Yaxont” raketlərinin istehsalına başlandığını deyib. 300 milyon dollar məbləğindəki razılığa hələ 2007-ci ildə gəlinsə də, bu barədə açıqlama keçən ilin sentyabr ayında verildi. İsrail və Birləşmiş Ştatlar isə bu raketlərin Livandakı Hizbullah və ya digər yaraqlı qrupların əlinə keçəcəyindən narahatdır.

XS
SM
MD
LG