Accessibility links

Rusiya İranla saziş imzalayıb


BMT sanksiyalarına baxmayaraq, Rusiya şirkətləri İrana neft məhsulları çatdırmağa hazırlaşır

Rusiyanın enerji naziri bildirir ki, Birləşmiş Millətlər Təşkilatının yeni sanksiyaları ölkəsinin İranın neft və qaz sektorunun inkişafı planlarına təsir etməyəcək. Rusiya eherji naziri Serqey Şmatko iranlı həmkarı Məsud Mir-Kazimi ilə görüşərək enerji əməkdaşlığını nəzərdə tutan yol xəritəsi barədə saziş imzalayıb. Şmatko deyib ki, sanksiyalara baxmayaraq, Rusiya şirkətləri İrana neft məhsulları çatdırmağa hazırlaşır. Rusiya dövlət enerji şirkəti Qazprom İranın neft və təbii qaz sahəsinin inkişafı üçün yardım etmək barədə razılığa gəlib, ancaq sanksiyalar səbəbilə lahiyələrin çoxuna fasilə verilib.

XS
SM
MD
LG