Accessibility links

Rusiya İranın atom elektrik sansiyasının nüvə reaktoruna yanacaq dolduracağını bildirib


Rusiya reaktorun yanacaqla təmin edilməsinin Buşehr şəhərində digər elekrik stansiyasının inşasına başlanması demək olduğunu deyib

Rusiyanın alınan xəbərdə deyilir ki, avqust ayının 21-dən İranın ilk atom elektrik sansiyasının nüvə reaktoruna yanacaq doldurmağa başlayacaq. Rusiyanın Nüvə Agentliyinin sözçüsü bu açıqlamanı bu gün verib və deyib ki, İranın atom elektrik satnasiyasının reaktorunu yanacaqla təmin etmə, Buşehr şəhərində digər elekrik stansiyasının inşasına başlanması demək olacaq. Lakin o onu da qeyd edib ki, bu, nüvə reaktorunun dərhal fəaliyyətə başlaması demək deyil.

Rusiya İrana yeni nüvə elektrik satnsiyası inşa etməkdə yadım etsə də, Moskva İranın digər nüvə fəaliyyətlərinə qarşıdır. Qərb İranı dinc məqsəd daşıdığını deyən nüvə proqramı adı altında nüvə silahı istehsal etməkdə ittiham edir. İran rəsmiləri isə belə bir ittihamı rədd edirlər.

XS
SM
MD
LG