Accessibility links

İsrail İrana hücumun uzaqda olduğunu deyir

  • Amerikanın səsi

İsrail İrana hücumun uzaqda olduğunu deyir

İsrail İrana hücumun uzaqda olduğunu deyir

İsrailin müdafiə naziri Ehud Barak deyib ki, İranın nüvə proqramına hücum edib-etməmək qərarı hələlik uzaq plandadır. Barak bu gün deyib ki, İsrail ABŞ Birgə Rəhbərlik Heyətinin sədri Martin Dempsinin bu həftəki ziyarəti ərəfəsində belə bir qərar çıxarmayıb.

Rusiya rəsmiləri bu gün bildiriblər ki, İrana qarşı hərbi əməliyyatlar fəlakətlə nəticələnəcək və bu ssenari regionda sünnilərlə şiələr arasında gərginliyə səbəb ola bilər. Rusiya xarici işlər naziri Sergey Lavrov əlavə edib ki, İranın nüvə proqramına qarşı bütün mümkün sanksiyalar tükənib. O qeyd edib ki, əlavə sanksiyaların nüvə silahının yayılması ilə heç bir əlaqəsi yoxdur və yeni sanksiyalar İran iqtisadiyyatına və insanlarına zərbə vurmaq xarakteri daşıyır.

XS
SM
MD
LG