Accessibility links

Rusiya Şimali Koreyanın borcunun 90 faizini silib


Rusiya Şimali Koreyanın Sovet erasından qalma Moskvaya olan 11 milyard dollar borcunun 90 faizini silməyə razılaşıb.

Rusiya rəsmiləri və Şimali Koreyanın dövlət xəbər agentliyi razılığın bazar ertəsi Moskvada hər iki ölkənin nümayəndələrinin görüşü zamanı imzalandığını bildirir.

Rusiya maliyyə nazirinin müavini Sergey Storçak ilkin olaraq Moskvanın razılığı məbləğin yerdə qalan hissəsi Şimali Koreyada enerji, səhiyyə və təhsil sahələrində birgə layihələrə xərcləndiyi təqdirdə imzalayacağını bildirmişdi.
XS
SM
MD
LG