Accessibility links

Avropa İttifaqının liderləri Rusiyanın Ukraynaya müdaxiləsinə görə o ölkəyə qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar bu gün qüvvəyə minib.

Avropa Şurasının prezidenti Herman Van Rompuy bildirib ki, sentyabrın axırınadək atəşkəslə bağlı araşdırmalardan sonra sanksiyalar dəyişdirilə və ya ləğv edilə bilər.

Rusiya isə Qərbin sanksiyalarına Avropa İttifaqı ölkələrinə bəzi mallarının ixracının dayandırılması ilə cavab veriləcəyini bildirir.

ABŞ prezidenti Barak Obama Avropa İttifaqının səylərinə qoşulduğunu deyib.

Prezident bildirib ki, Rusiyanın əməlləri qanunsuzdur və Amerika müttəfiqləri ilə bərabər Rusiyanın maliyyə, enerji və müdafiə sektorlarına qarşı sanksiyaların tətbiqinə hazırlaşırdı.

ABŞ dövlət başçısı Rusiya prezidenti Vladimir Putini Ukrayna və digər beynəlxalq tərəfdaşları ilə bərabər münaqişənin həllinə çağırıb.

Sanksiyalar Rusiyanın Rosneft, Qazprom və Transneft şirkətlərini hədəf alıb.

Ukraynanın rusiyapərəst separatistlərinin liderləri, Rusiya prezidenti Vladimir Putinin yaxın məsləkdaşı, silah və texnologiya holdinqi Rostekin prezidenti Sergey Çemezov və ifrat-millətçi siyasətçi Vladimir Jirinovskiyə qarşı da sanksiyalar tətbiq edilib.

ABŞ-ın sanksiyaları Sberbank da daxil edilməklə, banklar, enerji və müdafiə sektorlarını əhatə edir.

XS
SM
MD
LG