Accessibility links

Rusiya Krımla bağlı tarixi hüquqa malik olduğunu bildirərək, ABŞ-ın Krımın ilhaqına görə tətbiq etdiyi yeni sanksiyaları rədd edib.

Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, sanksiyalar Rusiyanı Krımdan əl çəkməyə vadar edə bilməyəcək. Belə ki, Krım Rusiyanın inteqral tərkib hissəsidir.

ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı ticarət sanksiyaları tətbiq edib.

Ağ Evin bəyanatında bildirilib ki, qərar regionda bizneslə məşğul olan Amerika korporasiyalarına aydınlıq gətirir. Bəyanatda deyilib ki, prezidentin qərarı Vaşinqtonun Rusiyanın Krımı işğalını qəbul etməməsinə işarədir.

Ticarət yasaqları Ukraynanın şərq bölgəsindəki iğtişaşlarda əli olan 24 fərd və şirkətlərə şamil edilir.

XS
SM
MD
LG