Accessibility links

ABŞ Rusiyanı 30 illik sazişin şərtlərini pozmaqda ittiham edir


Ağ Ev Rusiyanın kruiz raketinin inkişafı ilə 30 illik saşizi pozduğunu bildirib.

Tərəflər 1987-ci ildə qısa və ortamənzilli raketlərin məhvi və 500-lə 5500 kilometrlik məsafəni qət edə bilən raketlərin prosesi və istehsalını yasaqlayan saziş əldə edib.

2014-cü ildə Dövlət Departamenti Rusiyanı bu növ raketlərin inkişafı və sınağına görə günahlandırmışdı. Rusiya iddiaları rədd edir.

ABŞ-ın müdafiə naziri Ceyms Mattis məsələyə münasibət bildirməsə də, NATO-nu ABŞ-ın dəstəyində əmin edib.

ABŞ rəsmiləri yerdən kruiz raketi atmaqla Moskvanın sazişi pozduğunu təsdiqləyib.

NATO-nun baş katibi Cens Stoltenberq Brüsseldə deyib ki, əgər deyilənlər doğrudursa, bu, narahatlıq doğurur.

ABŞ-ın müdafiə naziri Ceyms Mattis məsələyə münasibət bildirməsə də, NATO-nu ABŞ-ın dəstəyində əmin edib.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Rusiyanın saziş də daxil edilməklə, beynəlxalq öhdəliklərinə sadiq qaldığını deyib.

Kremlin sözçüsü Dmitri Peskov
Kremlin sözçüsü Dmitri Peskov

Senatın Silahlı Qüvvələr Komitəsinə sədrlik edən senator Con Makkeyn isə bildirib ki, Rusiyanın sazişin şərtlərini pozmasına lazımıi cavab verilməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG