Accessibility links

Rusiya baş nazirinin müavini Azərbaycanda səfərdədir


Azərbaycan və Rusiya bayraqları
Azərbaycan və Rusiya bayraqları

Dmitri Roqozin prezident Əliyevlə ikitərəfli münasibətlərin perspektivlərini müzakirə edib

Rusiya baş nazirinin müavini Dmitri Roqozin Azərbaycanda səfərdədir.

İyunun 19-da Dmitri Roqozinin prezident İlham Əliyevlə görüşündə ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

O hərbi-texniki sahədə də konstruktiv əməkdaşlığın daha da genişləndiyini, bu əməkdaşlığın müsbət nəticələr verdiyini və yaxşı perspektivlərə malik olduğunu diqqətə çatdırıb.

Prezident Əliyev Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin artmasını strateji əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ölkələrin birgə səylərinin yaxşı nəticəsi kimi dəyərləndirib.

Dmitri Roqozin də Azərbaycan ilə Rusiya arasında iqtisadi, ticarət və digər sahələrdə münasibətlərin inkişafını qeyd edib.

O Rusiya tərəfinin Azərbaycan xalqı və dövləti ilə münasibətlərə hörmətlə yanaşdığını bildirərək əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
XS
SM
MD
LG