Accessibility links

Rusiyada parlament seçkilərinin nəticələri məlum olub


Rusiya prezidenti Vladimir Putin daha bir qələbə əldə edib. Putin tərəfdarı Vahid Rusiya Partiyası səslərin 90 faizi hesablandıqdan sonra parlament seçkilərində yerlərin 50 faizindən çoxuna sahib olub.

Kommunist Partiyası 13.5 faiz səslə ikinci yerdə gedir. Liberal Demokratlar partiyası isə yerlərin 13.3 faizinə sahib ola bilib. Sadə Rusiya Partiyası isə yerlərin 6.2 faizini əldə edib.

Bazar günü keçirilən seçkilərdə qələbədən sonra Vahid Rusiya Partiyası 450 üzvlük parlamentdə azı 338 yerə sahib olub.

Putini açıq tənqid edən yeganə qrup, Liberal müxalifət partiyası səsvermənin azad və ədalətli keçirilmədiyini deyib və bildirib ki, seçkilərdə iştirakın zəif olması təhlükəli haldır.

Seçkilər bir çoxları tərəfindən Putinin 2018-ci ildə gözlənilən prezidentlik kampaniyasına hazırlıq kimi qimətləndirilir. Bu qələbə müttəfiq partiyaların Putinin hakimiyyətini qarant altına almaları üçün kifayət edir.

XS
SM
MD
LG