Accessibility links

Rusiyanın təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, Soçi Olimpiada oyunlara 3 həftə qalmış terrorçu olduqlarından şübhələnilən 7 nəfər öldürülüb.
Onların Dağıstan respublikasının paytaxtı Maxaçkalada bir evə reyd zamanı öldürüldüyü bildirilir.

Həmin şəxslərdən cümə günü 16 adamın yaralanmasına səbəb olan restoran hücumuna görə şübhələnilirdi. Hücum zamanı polis işçiləri xəsarət alıb. Yaxınlıqda isə maşına yerləşdirilmiş bomba partlayışı olub.

Rusiyanın Terrozimlə Mübarizə Komitəsinin sözçüsü ölənlər arasında yerli bir militant və kamikadze təlimlərdən keçən gənc qızın olduğunu deyib.

Rusiyadan ayrılmaq uğrunda mübarizə aparan yaraqlılar fevralın 7-də start veriləcək Olimpia oyunlarına mane olacaqlarına and içiblər.

Rusiya prezidenti Vladimir Putin 6 min idmançının qatılacağı tədbirdə təhlükəsizliyin təminat altına alınacağına vəd verib. O deyib ki, terorçular qarşısında qorxu nümayiş etdirsək, onlara yardım etmiş olacağıq. Şəhərə artıq 30 min təhlükəsizlik işçisi yerləşdirilib.

Show comments

XS
SM
MD
LG