Accessibility links

Rusiyada şagird coğrafiya müəllimini öldürüb, sinif yoldaşlarını girov götürüb


Russia School Gunman

Russia School Gunman

Ancaq atası onunla danışıq aparandan sonra Sergey Qordeyev təslim olub və həbs edilib

Rusiya paytaxtı Moskvada yuxarı sinif şagirdi coğrafiya müəllimini və bir polis işçisini tüfəngdən açdığı atəş nəticəsində öldürüb və 20-ə yaxın sinif yoldaşını girov götürüb.

Şagirdin Sergey Qordeyev olduğu müəyyyən edilib. O, digər bir polis işçisini də ağır yaralayıb. Moskva şəhər polis rəisi Anatoli Yakunin deyib ki, atası onunla danışıq aparandan sonra şübhəli təslim olub və həbs edilib.

Rusiya Təhqiqat Komitəsinin sözçüsü deyib ki, Qordeyeb əlaçı şagird olub. Onun psixoloji gərginlik yaşadığı ehtimal olunur.
XS
SM
MD
LG