Accessibility links

Rusiya rəsmiləri ABŞ kəşfiyyat orqanlarının keçmiş kontraktoru Edvard Snoudedən siyasi sığınacaq verilməsi haqda rəsmi müraciət təqdim etmədiyini bildirib.

Rusiyanın Federal Miqrasiyas xidmətinin başçısı Konstantin Romodanovski agentliyə Snoudendən müraciətin daxil olmadığını deyib.

Qırğızıstanda təhlükəsizliyə dair görüş zamanı açıqlama verən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da bu şərhlərə təsdiq olaraq hökumətin ABŞ kəşfiyyatının keçmiş kontraktoru ilə əlaqədə olmadığını bidirib.

ABŞ-ın Milli Təhlükəsizlik agentliyinin gizli izləmə proqramının detalları haqda məlumatı ictimaiyyətə açıqlamaqda günahlandırılan Edvard Snouden üç həftəyə Amerika pasportu lğv edildikdən sonra Moskva hava limanının tranzit zonasındadır. Cümə günü Snouden Rusiya vəkilləri və insan hüquqları müdafiəçiləri ilə görüşdə Latın Amerikasıın ona sığınacaq verməyə hazır olan üç ölkəsindən birinə gedənə qədər Rusiyada müvəqqəti sığınacaq almaq istədiyini deyib.

ABŞ hökuməti Rusiyanı Edvard Snoudenə insan hüquqları müdafiəçiləri ilə görüşmək icazəsi verdiyinə görə tənqid edib. Ağ Evin sözçüsü Cey Karni Rusiyanın Snoudenə “təbliğat platforması” verdiyini deyərək, bunun Rusiyanın məsələ ilə bağlı neytral mövqedə olmasını deməsi ilə təzad təşkil etdiyini bildirib.
XS
SM
MD
LG