Accessibility links

Rusiya Edvard Snoudeni ölkədən çıxarmaq niyyətində deyil


Rusiyanın Dövlət Dumasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Aleksey Puşkovun bildirdiyinə görə, hökumət ABŞ-ın Milli Kəşfiyyat Agentliyinin sabiq kontraktoru Edvard Snoudeni ölkədən çıxarmaq niyyətində deyil.

O, Snoudenlə bağlı fikirlərini İsveçin Davos şəhərində keçirilən Beynəlxalq İqtisadiyyat Forumunda səsləndirib.

Snoudenin müvəqqəti sığınacaq müddəti avqust ayının sonunda başa çatır.

30 yaşlı sabiq kontraktor Amerikada casusluq ittihamları altındadır.

Rusiya Amerikanın Snoudenin ekstradisiya tələbinə məhəl qoymur.

ABŞ-ın baş hakimi Erik Holder deyib ki, əgər Snouden ABŞ-a qayıdıb, günahkar olduğunu etiraf etsə, hökumət onun vəkilləri ilə danışa bilər. Lakin o, Snoudenin əfv edilməyəcəyini bildirib.

Online çatı zamanı Snouden yazıb ki, onun Amerikaya qayıtması hər bir tərəfin xeyrinə ola bilərdi. Lakin o, bunun baş tutmayacağına görə təəssüf hissi keçirdiyini bildirib. Çünki ABŞ qanunları məxfi məlumatları sızdıran kontrakterlərin deyil, yalnız hökumət işçilərinin müdafiəsinə yönəlib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG