Accessibility links

Rusiya bu gün kütləvi hərbi təlimlər keçirmək üçün Krıma raketlər, raket atan qurğular, tanklar və özünün ən son raket tutan sistemini yerləşdirib.

Rusiya Krımı 2014-cü ilin martında Ukraynadan ilhaq edib və o zamandan bəri bölgəyə minlərlə əsgər və ağır artilleriya göndərib.

Təlimlərə hərbçilər, tanklar, sualtı gəmidən atılan raketlər cəlbe edilib. Bundan başqa hərbi manevrlərdə Rusiyanın S-400 raketdən müdafiə sistemi də yer alır.

Rusiya Müdafiə Nazirliyi bu gün onlarla jurnalisti müharibə oyunlarını izləməyə dəvət edib. Təlimlərə hərbçilər, tanklar, sualtı gəmidən atılan raketlər cəlbe edilib. Bundan başqa hərbi manevrlərdə Rusiyanın S-400 raketdən müdafiə sistemi də yer alır.

Rusiyanın cənubu boyu və Krımda keçirilən təlimlər bu həftənin əvvəli başlayıb. 120 mindən çox əsgərin qatıldığı bu hərbi manevrlər Rusiyanın son illər təşkil etdiyi ən böyük təlimidir.

Rusiya Birgə Qərargahlar rəisi Valeri Qerasimov emaillə açıqladığı şərhində inadla bildirib ki, Rusiya heç zaman təlimlərə 12500-dən çox hərbçi cəlb etməyib. Bu rəqəmdən artıq hərbçinin cəlb edilməsi beynəlxalq sazişlərin pozulması deməkdir.

XS
SM
MD
LG