Accessibility links

Rusiyaya məxsus "Su-35C" qırıcıları keçən həftədən Suriyada hərbi tapşırıqları yerinə yetirməyə başlayıblar. Bu barədə Rusiyanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov jurnalistlərə açıqlamasında bildirib.

General-mayor İ.Konaşenkov deyib ki, artıq ötən həftədən “Himeymim” aviabazasında ən üstün manevr qabiliyyətinə malik "Su-35C" qırıcıları hərbi tapşırıqların icrasına başlayıblar.

General-mayor qeyd edib ki, son vaxtlar Rusiya təyyarələri Suriya səmasındakı bütün uçuşları Rusiya və Suriya qırıcılarının, həmçinin S-400 kimi müasir zenit-raket sistemlərinin müşayiəti ilə həyata keçirir.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya mətbuatı Baş Qərargahın ilk dəfə ən yeni "Su-35C" təyyarələrini Suriya ərazisindəki hərbi əməliyyatlarda sınamaq barədə qərar verdiyini açıqlamışdı.

XS
SM
MD
LG